Mədəni sərvətlərin ixracına şəhadətnamə verilməsinə görə dövlət rüsumu tutulacaq

Mədəni sərvətlərin ixracına şəhadətnamə verilməsinə görə dövlət rüsumu tutulacaq
# 17 noyabr 2021 16:20 (UTC +04:00)

Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mədəniyyət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni – 18.78-ci maddəyə əsasən, mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR