Meksikalı əmək miqrantları bu il ölkələrinə rekord məbləğdə pul köçürüblər

Meksikalı əmək miqrantları bu il ölkələrinə rekord məbləğdə pul köçürüblər
# 03 noyabr 2021 10:18 (UTC +04:00)

Xaricdə işləyən meksikalılar bu ilin yanvar-sentyabr aylarında ölkələrinə rekord həcmdə – 37,33 mlrd. ABŞ dolları məbləğində pul köçürüblər.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir, illik müqayisədə pulköçürmələr 24,6% artıb.

Bəzi hesablamalara görə, 10 milyonadək meksikalı ailə sözügedən köçürmələrdən asılıdır və bu ilin sonuna qədər xaricdən Meksikaya pul transfertlərinin həcminin 51,5 mlrd. dolları keçəcəyi gözlənilir. Bu, ölkə iqtisadiyyatına cari ildə qoyulacaq proqnozlaşdırılan birbaşa xarici investisiyalarının həcmindən 78,6% çoxdur.

Qeyd edək ki, Meksikadan olan əmək miqrantlarının əksəriyyəti (təxminən 12 milyon) ABŞ-da işləyir. Onlar əsasən tikinti, xidmət və kənd təsərrüfatı sektorlarında çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR