Metal filizlərinin hasilatı sahəsində çalışanların orta aylıq əməkhaqqı 22% artıb  

Metal filizlərinin hasilatı sahəsində çalışanların orta aylıq əməkhaqqı 22% artıb  
# 26 may 2021 13:31 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda mədənçıxarma sənayesi işçilərinin orta aylıq nominal əməkhaqqısı 3 197,8 manat təşkil edib, bu da illik müqayisədə 15,8% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə xam neft və təbii qaz hasilatı sahəsində çalışanların orta aylıq nominal əməkhaqqısı 3 277,7 manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% azdır.

Məlumata görə, 2020-ci ilin I rübündə metal filizlərin hasilatı sahəsində çalışan mütəxəssislərin orta aylıq nominal əməkhaqqısı 1 812 manat olub, bu da illik müqayisədə 21,8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 4,2% azalaraq 713,2 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR