Mikayıl Cabbarov: "Bu ilin 8 ayında qeyri-neft sektorunun ixracı 37% artıb"

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 06 sentyabr 2021 12:12 (UTC +04:00)

Azərbaycanda 2021-ci ilin səkkiz ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. ABŞ dollarından çox olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. Onun sözlərinə görə, 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 mlrd. ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR