Mikayıl Cabbarov IFC-nin regional direktoru ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

İqtisadiyyat naziri IFC-nin regional direktoru ilə onlayn formatda görüşüb

© APA | İqtisadiyyat naziri IFC-nin regional direktoru ilə onlayn formatda görüşüb

# 22 iyun 2021 18:40 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Vibke Şlömer ilə onlayn görüş formatında müzakirələr aparıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Görüşdə əməkdaşlığın inkişafı perspektivləri, özəl sektorun iqtisadiyyatda rolunun artırılması və dövlət-özəl tərəfdaşlığının təşviqi istiqamətində investisiya-məsləhət xidmətlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR