Milli Məclisə yeni avtomobillər alınacaq

Milli Məclis

© APA | Milli Məclis

# 17 noyabr 2021 16:44 (UTC +04:00)

Milli Məclisin xərclər smetasının 82,3 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə bağlı ayırmalar təşkil edəcək.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası “Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İşlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, Azərbaycan parlamentinin xarici ölkələrdən gələn qonaqlarının və deputatların xaricə səfərlərinin, eləcə də ölkə daxili ezamiyyələrin sayı xeyli dərəcədə artıb: “Elektrik yarımstansiyalarında yenidənqurma işlərinin aparılması tələb olunur. Bundan başqa, 2006-cı ildə ayrılmış avtomobillərin uzun müddətli istifadədən yararsız hallara düşməsi səbəbindən Milli Məclisin avtoparkına yenidən avtomobil alınması nəzərdə tutulur”.

Qeyd edək ki, layihəyə əsasən, gələn il Milli Məclisin və onun aparatının xərclər smetası 42 036 822 (qırx iki milyon otuz altı min səkkiz yüz iyirmi iki) manat olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR