MM komitə sədri: “Aksiz dərəcəsi və rüsumlarla avtomobil parkının yenilənməsinin təşviq edilməsi vacibdir”

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

© APA | Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

# 03 noyabr 2021 17:36 (UTC +04:00)

“Azərbaycanda avtomobil parkının köhnəlməsi müşahidə olunur, bununla bağlı bizə şikayətlər də daxil olur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Parlamentin komitə sədri deyib ki, bəzi ölkələrdən qəzaya uğramış, yenidən təmir edilmiş, köhnəlmiş avtomobillərin Azərbaycana gətirilməsi ilə bağlı mətbuatda da məlumatlar var: “Bu problemin aradan qaldırılması üçün fikrimizcə yeni addımların atılmasına ehtiyac var. Bunun üçün aksiz dərəcəsi və rüsumlar ölkəyə məhz yeni avtomobillərin gətirilməsini, avtomobil parkının yenilənməsini təşviq etməsi vacibdir. Yəni köhnə maşınlar üçün aksiz dərəcəsi və rüsumlar qaldırılmalı, yeni maşınlar üçün aksiz dərəcəsi və rüsumlar isə aşağı salınmalıdır”.
T. Mirkişili qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək: "Bunu təqdir edirik. Bu istiqamətdə işlər davam etdirilməli, gələcəkdə də aksiz dərəcəsi və rüsumlarla avtomobil parkının yenilənməsini təşviq etməliyik. Parkın yeni olması ölkəmizin də inkişaf səviyyəsinə uyğun gələcəkdir”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR