"Moody's" son 10 ildə ilk dəfə Azərbaycanın reytinq üzrə proqnozunu "müsbət" qiymətləndirib

"Moody
# 25 may 2021 16:28 (UTC +04:00)

Bu ilin aprelin ayında "Moody's Investors Service" ("Moody's") Azərbaycanın emitentin xarici və yerli valyutada, həmçinin üstün hüquqa malik təmin edilməmiş borcun xarici valyutada uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz isə "stabil"dən "müsbət"ə yüksəldilib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "Moody's" son 10 ildə ilk dəfədir Azərbaycanın reytinq üzrə proqnozunu "müsbət" səviyyədə təsdiqləyib. Sonuncu dəfə agentlik Azərbaycanın reytinq üzrə proqnozunu "müsbət" səviyyədə 2011-ci ilin mart ayında təsdiq etmişdi. Sözügedən dövrdə ölkənin reytinqi "Ba1" səviyyəsində qiymətləndirilmişdi.

Xatırladaq ki, 2012-ci ilin aprel ayında "Moody's" Azərbaycanın reytinqini "Ba1" səviyyəsindən "Baa3"ə qaldıraraq reytinq üzrə proqnozu "müsbət"dən "stabil"ə endirmişdi. 2016-cı ilin fevral ayında reytinq "Baa3"dən yenidən "Ba1"a endirildi, 2017-ci ilin avqust ayında isə indiki "Ba2" səviyyəsində, proqnoz isə "stabil" səviyyədə təsdiqlənmişdi.

Qeyd edək ki, "Moody's" bu yaxınlarda Azərbaycanın maliyyə dayanıqlığı reytinqini də "a2" səviyyəsindən "a1" səviyyəsinə yüksəldib. Agentlik bunu Azərbaycanın güclü xalis kreditor mövqeyi və xarici valyutada olan borcun yüksək payına baxmayaraq, ölkənin suveren fondlarının həcminin bütün birbaşa dövlət borclarını və zəmanətlərini əhatə etməsi faktı ilə əsaslandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR