Moskvada MDB İqtisadi Şurasının 90-cı iclası keçirilib - FOTO

Moskvada MDB İqtisadi Şurasının 90-cı iclası keçirilib - FOTO
# 18 iyun 2021 16:09 (UTC +04:00)

Moskvada MDB İqtisadi Şurasının 90-cı iclası keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi Mərkəzinin (VDNX) “Kosmos” pavilyonunda keçirilən iclasda Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

İclasın gündəliyində iqtisadi və sosial xarakterli məsələlər olub. MDB-nin İqtisadi Şurasının üzvləri təşkilata üzv ölkələrin iqtisadi əməkdaşlığının daha aktual məsələləri barədə fikir mübadiləsi aparıblar, MDB-nin sektoral orqanlar arasında əməkdaşlıq perspektivlərini və MDB-nin İcraiyyə Komitəsi və dövlətlər qarşısında duran əsas vəzifələri müzakirə ediblər.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin baş direktoru Sergey Şoqurov MDB İqtisadi Şurasının üzvlərinə VDNX ərazisindəki təşkilata üzv dövlətlərin pavilyonlarının yaradılması ilə bağlı işin gedişatı və statusu barədə məlumat verib.

İclasda “COVID-19 pandemiyasının MDB-yə üzv dövlətlərin iqtisadiyyatı üçün yaratdığı mənfi nəticələrin minimuma endirilməsi tədbirləri” adlı Yol Xəritəsi layihəsinə baxılıb. İqtisadi Şuranın üzvlərinə, həmçinin 2020-ci ilə qədər olan dövr üçün Atom Enerjisinin Dinc İstifadəsi sahəsində MDB-yə üzv Dövlətlərinin Əməkdaşlığı Çərçivə Proqramının icrası barədə məlumat verilib.

İclas zamanı 2026-cı ilə qədər olan dövr üçün fitomonitorinq və çəyirtkə zərərvericilərinə qarşı mübarizə üzrə milli proqramların hazırlanması və həyata keçirilməsi üçün Yol Xəritəsi imzalanmaq üçün təqdim edilib.

Həmçinin, COVID-19 pandemiyası şəraitində MDB-yə üzv dövlətlərinin vergi orqanlarının fəaliyyəti və pandemiyanın nəticələrinin aradan qaldırılması məsələsinə baxılıb.

İqtisadi Şuranın növbəti iclasının bu ilin sentyabrın 24-də Moskvada keçirilməsi barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR