Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 1,2% artıb

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 1,2% artıb
# 26 noyabr 2021 09:23 (UTC +04:00)

Naxçıvan Dövlət Statistika Komitəsi muxtar respublika üzrə bu il əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb.

"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 869,78 mln. manat vəsait yönəldilib.

Bu göstərici 2020-ci ilin analoji dövrünün göstəricisini 1,2% üstələyir.

Əsas kapitala yönəldilən vəsaitin 824,11 mln. manatı və ya 94,7%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR