Naxçıvan Muxtar Respublikasının ÜDM-i 0,7% artıb

Naxçıvan Muxtar Respublikasının ÜDM-i 0,7% artıb
# 29 sentyabr 2021 10:06 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 0,7% artaraq 1,878 mln. manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin ilk səkkiz ayında Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,7% artaraq 4066,4 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin yanvar-avqust aylarında sənaye üzrə 772,1 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 0,9% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR