Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi 0,3% artıb

Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi 0,3% artıb
# 21 avqust 2021 16:33 (UTC +04:00)

Naxçıvan Dövlət Statistika Komitəsi bu ilin ilk yeddi ayında Muxtar Respublika üzrə əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb.

"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-iyul aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 596 951,4 min manat vəsait yönəldilib.

Bu, 2020-ci ilin göstəricisindən 0,3% çoxdur.

Əsas kapitala yönəldilən vəsaitin 572 178,1 min manatı və ya 95,9%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR