Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi 1,2% artıb

Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi 1,2% artıb
# 17 may 2021 10:30 (UTC +04:00)

Naxçıvan Dövlət Statistika Komitəsi bu ilin ilk dörd ayında muxtar respublika üzrə əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb.

"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-aprel aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 293 718,3 min manat vəsait yönəldilib.

Bu, 2020-ci ilin göstəricisindən 1,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR