Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi artıb

Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi artıb
# 29 sentyabr 2021 10:30 (UTC +04:00)

Naxçıvan Dövlət Statistika Komitəsi muxtar respublika üzrə əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb.

"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-avqust aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 664,18 mln. manat vəsait yönəldilib.

Bu göstərici 2020-ci ilin müvafiq göstəricidən 0,4% çoxdur.

Əsas kapitala yönəldilən vəsaitin 638,14 mln. manatı və ya 96,1%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR