Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri 1,2% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri 1,2% artıb
# 11 iyun 2021 17:45 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin eyni dövrünə nisbətən 9,1% artaraq 23 920,9 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 73,8%-i mobil rabitənin payına düşüb. Cari ilin ilk beş ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,2% üstələyərək 17 665,1 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR