Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri 1,4% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri 1,4% artıb
# 26 noyabr 2021 10:30 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin eyni dövrünə nisbətən 7,2% artaraq 50,710 mln. manatı üstələyib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 75,1%-i mobil rabitənin payına düşüb. Cari ilin ilk 10 ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,4% üstələyərək 38 mln. manatı ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR