Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri 1,6% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri 1,6% artıb
# 17 may 2021 09:51 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin eyni dövrünə nisbətən 9,9% artaraq 19 394,2 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 74,1%-i mobil rabitənin payına düşüb. Cari ilin ilk dörd ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,6% üstələyərək 14 296,5 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR