Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri artıb
# 21 avqust 2021 10:07 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin eyni dövrünə nisbətən 7,6% artaraq 34,67 mln. manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 74,9%-i mobil rabitənin payına düşüb.

Cari ilin yeddi ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,2% üstələyərək 25,97 mln manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR