Naxçıvanın ÜDM-i 0,4% artıb

Naxçıvanın ÜDM-i 0,4% artıb
# 21 avqust 2021 10:16 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 0,4% artaraq 1,6 mlrd. manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yeddi ayında Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,5% artaraq 3 471,9 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 660,4 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR