Naxçıvanın ÜDM-i 1% artıb

Naxçıvanın ÜDM-i 1% artıb
# 21 oktyabr 2021 11:04 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 1% artaraq 2,151 mln. manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin ilk doqquz ayında Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2% artaraq 4 656,1 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin yanvar-sentyabr aylarında sənaye üzrə 855,7 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 1,3% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR