Naxçıvanın ÜDM-i 1,3% artıb

Naxçıvanın ÜDM-i 1,3% artıb
# 26 noyabr 2021 09:14 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 1,3% artaraq 2,355,8 mln. manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin ilk 10 ayında Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,4% artaraq 5 097 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin yanvar-oktyabr aylarında sənaye üzrə 922,29 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 1,4% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR