Naxçıvanın xarici ticarət dövriyyəsi 8,3% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 8,3% artıb
# 17 may 2021 10:10 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 8,3% artaraq 132 972,7 min ABŞ dolları təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə bu ilin ilk dörd ayında ixracın həcmi 0,8% artaraq 99 600,5 min dollar olub.

Hesabat dövründə idxalın həcmi 33 372,2 min dollar təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 39,1% çoxdur.

Nəticədə, 66 228,3 min dollarlıq müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR