Nazir: “2025-ci ilədək büdcə layihələrinin əsasını Böyük Qayıdışı təmin etmək üçün görüləcək işlər təşkil edəcək”

Samir Şərifov

© APA | Samir Şərifov

# 10 noyabr 2021 11:45 (UTC +04:00)

“2022-ci il və sonrakı 3 il üçün proqnozlaşdırılan büdcə layihələri iqtisadi artımı, şəhid ailələrinin, müharibə qəhrəmanlarının sosial müdafiəsini dəstəkləyəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, layihələrin əsasını Böyük Qayıdışı təmin etmək üçün görüləcək işlər təşkil edəcək: “Dövlət və icmal büdcələrinin gəlir və xərcləri hesablanarkən cari ilin 9 ayının icra göstəricilərinə də diqqət yetirilib, müvafiq əlavə və dəyişikliklər edilib. Ölkə iqtisadiyyatının COVİD-19 pandemiyasının təsirlərindən bərpası prosesi sürətlə getməkdədir. Bu il dövlət büdcəsinin vergi və gömrük daxilolmaları proqnozlaşdırılandan artıq olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR