Nazir azad edilmiş ərazilərdə xidmət edən hərbçilərin maaşı barədə məsələyə aydınlıq gətirib

Nazir azad edilmiş ərazilərdə xidmət edən hərbçilərin maaşı barədə məsələyə aydınlıq gətirib
# 11 noyabr 2021 13:49 (UTC +04:00)

“Azad edilmiş ərazilərdə xidmət göstərən hərbi qulluqçuların və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının maaşlarına Prezidentin sərəncamı ilə əlavələr müəyyənləşdirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, gələn il də bu məqsədlə müvafiq vəsait nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR