Nazir: "Azərbaycanın bu il TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 2,6 mlrd. dollar olub"

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 10 sentyabr 2021 10:53 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olan ölkələr və Macarıstanla olan ticarət dövriyyəsinin həcmi 2,6 mlrd. dollar olub.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən TDƏŞ-in iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 15%-ni təşkil edib.

"Bununla yanaşı, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-iyul aylarında TDƏŞ ölkələri və Macarıstana qeyri-neft ixracı 75% artıb", - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR