Nazir: “Büdcə xərclərinə nəzarətin artırılması istiqamətində işlər aparılır”

Nazir: “Büdcə xərclərinə nəzarətin artırılması istiqamətində işlər aparılır”
# 12 noyabr 2021 13:41 (UTC +04:00)

“Büdcə xərclərinə nəzarətin artırılması istiqamətində işlər aparılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, xərclərin artırılmasına çox ehtiyatla yanaşılmalı, büdcə xərclərinə nəzarət gücləndirilməlidir.

S. Şərifov qeyd edib ki, ortamüddətli xərclərlə bağlı dəyişikliyə gediləcək: “Bu, sosial-iqtisadi inkişaf strategiyasının qəbul olunması ilə bağlı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR