Nazir daha təkmil Büdcə Məcəlləsi hazırlana biləcəyini deyib

Samir Şərifov

© APA | Samir Şərifov

# 27 may 2021 16:05 (UTC +04:00)

“Büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Milli Məclislə bu sahədə yaxından əməkdaşlıq edəcəklər: “Tam əminəm ki, daha təkmil Büdcə Məcəlləsi, sənəd hazırlayıb qəbul edərik”.

Onun sözlərinə görə, hökumət tərəfindən işsizlərə sadəcə vəsait verilməsiylə kifayətlənilməyib: “Qeyri-formal işçilərə də sosial humanizm nümayiş etdirilib. Dürüstləşmə zamanı biz qanunları müqayisə edəndə bu vəsaiti artırmaq məsələsini qaldırırdılar. 30 minə qədər ictimai iş yeri açılıb, amma buna müraciət edən yoxdur. İnsanlar daha çox birdəfəlik müavinətlərin alınmasına yönəlirdilər. Bu da bizi düşündürməyə bilməzdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR