Nazir: Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrası 131,7% təşkil edib

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 27 may 2021 11:04 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrası 131,7% təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, büdcəyə nəzərdə tutulandan 780,7 mln. manat artıq vəsait daxil olub ki, bunun da 451 mln. manatı qeyri neft qaz sektorunun payına düşüb.

"Vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 266,9 mln. manat artıqdır. İqtisadi islahatlar və özəl sektorun inkişafı öz bəhrələrini verir", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR