Nazir: “İnvestisiya layihələrinin icra edilməməsi, yaxud vaxtında icra edilməməsi bizi narahat edir”

Nazir: “İnvestisiya layihələrinin icra edilməməsi, yaxud vaxtında icra edilməməsi bizi narahat edir”
# 11 noyabr 2021 13:35 (UTC +04:00)

“İnvestisiya layihələrinin icra edilməməsi, yaxud vaxtında icra edilməməsi bizi narahat edir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ayrılan vəsaitlərin istifadə edilməsini istəyir: “Azərbaycan hökumət və beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi layihələrə gəlincə, Dünya Bankının, Asiya İnkişaf Bankının kreditləşdirmə ilə bağlı daha sərt tələbləri var. Təəssüf ki, bizim icraçı orqanlar icra sənədlərinin vaxtında tərtib olunub təqdim olunmasında əziyyət çəkirlər.

Maliyyə və İqtisadiyyat nazirlikləri investisiya xərclərinə ayrılan vəsaitlərdən istifadənin növbəti ildə 100 faizə çatdırılması üçün razılığa gəlib, bu sahədə addımlar atılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR