Nazir müavini: "Azərbaycan və Türkiyə arasında ticarətin həcmini 15 mlrd. dollara çatdırmaq lazımdır"

Nureddin Nebati

© APA | Nureddin Nebati

# 15 noyabr 2021 11:04 (UTC +04:00)

Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 15 mlrd. ABŞ dollarına çatdırmaq lazımdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (IBF) çıxış edən Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati bildirib.

Onun sözlərinə görə, ticarət dövriyyəsinin 15 mlrd. dollarına çatdırılması üçün böyük infrastruktur işləri görülüb və işlər davam etdirilir.

N. Nebati onu da bildirib ki, Azərbaycanın ən çox investisiyaları Türkiyəyə yatırır. Bundan əlavə, nazir müavini qeyd edib ki, Türkiyə şirkətləri artıq Qarabağda fəaliyyət göstərir və bu da Azərbaycanla əməkdaşlığa öz töhfəsini verəcək.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR