Nazir müavini: “Dərmanların qeydiyyatı ilə bağlı rüsumun artmasının qiymətə təsir göstərəcəyinə inanmıram”

Nazir müavini: “Dərmanların qeydiyyatı ilə bağlı rüsumun artmasının qiymətə təsir göstərəcəyinə inanmıram”
# 01 noyabr 2021 12:51 (UTC +04:00)

“Dərmanlarla bağlı mövcud problemlər rüsum və yığımlarla bağlı deyil. Sadəcə olaraq, bizdə bir neçə ildir ki, dərmanların qiymətlərinin formalaşdırılması tənzimlənən qiymətlər şəklində həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, qiymətqoymada müəyyən aparıcı şirkətlərlə qeyri-müəyyənliklər yaşanır: “Burada problem daha çox qiymətin formalaşması ilə bağlıdır. Dərmanların qeydiyyatı ilə bağlı rüsum dərəcəsi o prosesdə çox cüzi məbləğdir. Mən inanmıram ki, bu, həmin prosesə təsir göstərsin. Bütövlükdə məhsulun çeşidinin kifayət qədər olmaması problemdir. Hesab edirəm ki, aidiyyəti qurumlar - İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi bu problemin həlli üçün işlər görürlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR