Nazir müavini: "Gələn il DSMF-nin xərcləri gəlirlərinə bərabər olacaq"

Anar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov

© APA | Anar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov

# 17 noyabr 2021 11:27 (UTC +04:00)

“Dövlət sosial müdafiə fondunun 2022-ci il üçün gəlirlərinin 78 %-ni məcburi dövlət sosial sığorta yığımları üzrə formalaşacaq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Nazir müavini bildirib ki, növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər olacaq: “DSMF əleyhinə yekunlaşmış məhkəmə qərarlarının sayında 96 % azalma müşahidə edilib. Bütün ölkə üzrə fərdi uçot tam şəkildə mərkəzləşdirilib. Bu proses çərçivəsində benifisiarları bilinməyən 1,1 milyard vəsait aşkar olunaraq konkret şəxslərin hesabına köçürülüb. Hazırda ünvanlı sosial yardım üzrə maddi məişət şəraitinin yoxlanılması və ölkə üzrə arxiv işlərinin mərkəzləşdirilməsi üzrə iş aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR