Nazir müavini: “İnnovasiyalı yeni iqtisadi artım modeli formalaşdırılacaq” 

Nazir müavini: “İnnovasiyalı yeni iqtisadi artım modeli formalaşdırılacaq” 
# 23 noyabr 2021 15:34 (UTC +04:00)

“Ölkədə postpandemiya və postkonflikt dövründə yeni strateji mərhələyə keçid baş verir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, hazırda 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf strategiyası hazırlanıb və təsdiq edilmə mərhələsindədir: “Bütün istiqamətlər bu strategiyada və bizim proqnozlarda öz əksini tapıb. Strategiya çərçivəsində iqtisadi artımın davamlı olması üçün dövlət və özəl əməkdaşlığının genişləndirilməli, regionlarda mövcud iş resursları iqtisadi fəaliyyət cəlb edilməlidir. İnnovasiyalı yeni iqtisadi artım modeli formalaşdırılacaq. Yeni strategiya layihəsi həyata keçirməklə ölkədə cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər görüləcək. Artım nəticəsində adambaşına düşən ÜDM 10 min manatı keçəcək. Beynəlxalq Valyuta Fondunun proqnozlara görə, 2022-2026-ci ildə dünyada iqtisadi artım tempi 3 %-dən çox olacaq. Bizim strategiyamızın icrası nəticəsində 4 % ətrafında ÜDM-nin artımı, qeyri-neft sektorunda isə 5 % artım olacağı proqnozlaşdırılır. Eyni zamanda proqnozlara görə, turizm sektorunun ikirəqəmli artımı gözlənilir. Növbəti il üçün biz turizm sahəsində 48 %-dən çox artım proqnozlaşdırırıq. Ondan sonrakı illərdə də bu sahənin artımı ikirəqəmli olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR