Nazir müavini: "Qiymət artımının səbəbi idxal məhsullarıdır" 

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova

© APA | İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova

# 23 noyabr 2021 15:44 (UTC +04:00)

“Bazarda rəqabət prinsiplərinin qorunması vacib məsələlərdəndir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, bir sıra malların qiymətləri dövlət tərəfindən tənzimlənir: “Dövlət büdcəsinin imkanları nəzərə alınmaqla bu qiymətlərin daha məqbul saxlanmasına çalışılır. Dövlət tərəfindən tənzimlənməyən malların qiymətlərinin süni artmasının qarşısını almaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazarda mütəmadi monitorinqlər aparılır. Əhali üçün ən çox zəruri olan 86 adda ərzaq məhsulları, 51 adda tikinti materiallarının qiymətləri ilə bağlı monitorinqlər və təhlillər aparılır. İstehlak bazarımızda aparılan təhlillər və müşahidələr də göstərir ki, qiymət artımının səbəbi idxal məhsullarıdır. İstehsalda idxal xammalına əsaslanan mallarda qiymət artımı müşahidə edilir. Eyni zamanda daşınma xərcləri və enerji xərclərinin artımı da qiymət artımına təsir edən amillərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR