Nazir: “Ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb” - VİDEO

Nazir: “Ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb” - <span class="red_color">VİDEO

© APA | Samir Şərifov

# 27 may 2021 12:16 (UTC +04:00)

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin ən müasir döyüş taktikasının tətbiqi və rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 illik işğala son qoyulub, ölkəmizin və Qarabağın həyatında şanlı səhifə açılıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bununla bərabər ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb: “Bunlardan biri pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır. Qeyd olunan proseslər iqtisadiyyata mənfi təsir göstərib. Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq. Dünya üzrə qlobal iqtisadi artım göstəricisi 3,3 faiz bənd azalıb. Ortalama bu göstəricinin bir qədər yuxarı olması Cənub-Şərqi Asiya dövlətlərində iqtisadi tənəzzül tempinin aşağı olması ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR