Nazir: “Qlobal borclanma səviyyəsi bu gün qlobal ÜDM-in 100%-nə bərabərdir”

Samir Şərifov

© APA | Samir Şərifov

# 12 noyabr 2021 13:33 (UTC +04:00)

“COVİD pandemiyası bir çox ölkələri ifrat dərəcədə borclanmağa məcbur edib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, qlobal borclanma səviyyəsi bu gün qlobal ÜDM-in 100%-nə bərabərdir: “Azərbaycanda isə bu göstərici olduqca aşağıdır. Kifayət qədər dayanıqlı borc vəziyyətimiz var. Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət yetirir. Hökumətə daim tapşırığı ondan ibarətdir ki, dövlət borcu idarəolunan səviyyədə olsun. Biz xarici dövlət borcunu azaltmalıyıq. Daxili borclanma daxili maliyyə bazarlarının inkişafına müsbət təsir edən amildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR