Neft Fondu bu il valyuta satışlarında 1,2 mlrd. dollara qənaət edib

ARDNF-nin inzibati binası

© APA | ARDNF-nin inzibati binası

# 29 oktyabr 2021 12:28 (UTC +04:00)

2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 81 valyuta hərracında 4,9 mlrd. ABŞ dolları satılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, ilin qalan dövründə olacaq hərraclarda satış üçün qalan vəsait 2,4 mlrd. dollar təşkil edir və ARDNF-nin qrafikdən geri qalması 1,2 milyard ABŞ dollarından çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR