Neft Fondu gələn il dövlət budcəsinə 12,7 mlrd. manatdan çox transfert edəcək

ARDNF-nin inzibati binası

© APA | ARDNF-nin inzibati binası

# 27 oktyabr 2021 10:55 (UTC +04:00)

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transferti 12,71 mlrd. manat təşkil edəcək ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 4,2% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında Qanununda deyilir.

Qeyd edək ki, ötən il ARDNF-nin dövlət büdcəsinə transferti 12,2 mlrd. manat təşkil edib.

Xatırladaq ki, ARDNF 1999-cu ildə təsis edilib. ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR