Neft Fondu III rübdə valyuta satışını 20%-dək artırıb - QRAFİK

Neft Fondu III rübdə valyuta satışını 20%-dək artırıb - QRAFİK
# 30 sentyabr 2021 13:00 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 565,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici cari ilin avqust ayı ilə müqayisədə 10,4% artıb, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 6,7% azalıb.

Cari ilin yanvar-sentyabr aylarında isə Neft Fondu valyuta hərraclarında 4,306 mlrd. dollar realizə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azdır.

Təkcə III rübdə Fond valyuta hərraclarında 1,539 mlrd. dollar satıb, bu da rüblük müqayisədə 19,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR