Neft Fondunun investisiya portfelinin 30%-i Avropanın payına düşür

Neft Fondunun investisiya portfelinin 30%-i Avropanın payına düşür
# 27 iyul 2021 13:30 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2021-ci il 30 iyun tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan "APA Economics"ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 60,87%, inkişaf etməkdə olan ölkələr üzrə – 19,64%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 6,42% təşkil edib.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (26,07%), Cənubi Amerika (0,04%), Avropa (30,45%), Yaxın Şərq (1,36%), Avstraliya / Yeni Zelandiya (1,16%) və Asiya / Sakit Okean (21,43%) daxildir.

Qeyd edək ki, 2021-ci ilin 30 iyun tarixinə ARDNF-in investisiya portfeli 44 104,65 mln. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR