Neft Fondunun investisiya portfelinin 60%-i inkişaf etmiş ölkələrin payına düşür

Neft Fondunun investisiya portfelinin 60%-i inkişaf etmiş ölkələrin payına düşür
# 21 oktyabr 2021 17:52 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2021-ci il 30 sentyabr tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan "APA Economics"ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 59,86%, inkişaf etməkdə olan ölkələr üzrə – 19,82%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,51% təşkil edib. Sərmayələrin qalan hissəsini (12,81%) qızılın payına düşüb.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (26,71%), Cənubi Amerika (0,04%), Avropa (30,02%), Yaxın Şərq (0,68%), Avstraliya / Yeni Zelandiya (1%) və Asiya / Sakit Okean (21,23%) daxildir.

Qeyd edək ki, 2021-ci ilin 30 sentyabr tarixinə ARDNF-nin investisiya portfeli 44 226,06 mln. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR