Ermənistanla sərhəddə şəhid olan hərbçilərin vərəsələrinə sığorta ödənişlərinin verilməsinə başlanılıb - VİDEO

Ermənistanla sərhəddə şəhid olan hərbçilərin vərəsələrinə sığorta ödənişlərinin verilməsinə başlanılıb - VİDEO
# 06 dekabr 2021 15:39 (UTC +04:00)

Bu ilin noyabrın 16-da Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, bunu mediaya açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.

"16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR