OECD ölkələrində mayda inflyasiya 3,8%-dək sürətlənib

OECD ölkələrində mayda inflyasiya 3,8%-dək sürətlənib
# 05 iyul 2021 14:48 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ölkələrində istehlak qiymətləri bir ay əvvəl 3,3% artdıqdan sonra may ayında illik ifadədə 3,8% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə təşkilatın açıqlamasında deyilir.

Qeyd olunub ki, mayda enerji daşıyıcılarının maya dəyərindəki artım nisbəti 2008-ci ilin sentyabrından bu yana apreldəki 16,3% ilə müqayisədə 18,6%-dək sürətlənib, ərzaq qiymətlərindəki artım 1,6%-dən 1,4%-dək yavaşlayıb.

OECD-yə görə, enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin dinamikasının əsasən "baza effekti" və COVID-19 pandemiyasının 2020-ci ildə iqtisadiyyata təsiri ilə əlaqədardır.

Ərzaq məhsullarının və enerji daşıyıcıları istisna olmaqla inflyasiya (baza inflyasiyası) may ayında apreldəki 2,4%-dən 2,9%-dək sürətlənib, bu, 2002-ci ilin avqustundan bəri ən yüksək göstəricidir.

May ayında istehlak qiymətlərinin artım sürəti Yaponiyadan başqa bütün G7 ölkələrində qeydə alınıb. Belə ki, may ayında ABŞ-da inflyasiya apreldəki 4,2%-dən 5%-dək, Almaniyada 2%-dən 2,5%-dək, Böyük Britaniyada 1,6%-dən 2,1%-dək, Kanadada 3,4%-dən 3,6%-dək, Fransada 1,2%-dən 1,4%-dək, İtaliyada isə 1,1%-dən 1,3%-dək sürətlənib.

Yaponiyada istehlak qiymətləri apreldəki 0,4% azaldıqdan sonra mayda 0,1% düşüb.

May ayında Avrozonada inflyasiya apreldəki 1,6%-dən 2%-dək, ərzaq və enerji daşıyıcılarının qiymətləri istisna olmaqla isə 0,7%-dən 1%-dək sürətlənib.

G20 ölkələrində istehlak qiymətləri aprel ayındakı 3,8% artımdan sonra mayda 4,3% artıb. Rusiyada inflyasiya 5,5%-dən 6%-dək, Braziliyada 6,8%-dən 8,1%-dək, Argentinada 46,3%-dən 48,8%-dək, Cənubi Afrikada 4,5%-dən 5,2%-dək, Çində 0,9%-dən 1,3%-dək, Hindistanda isə 5,1%-dən 5,3%-dək sürətlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR