Fiziki şəxslərin güzəştli vergi tutulan ölkələrə (ofşorlara) köçürmələrinin ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilmə olacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Ofşorlara köçürmələr 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək
03 noyabr 2021 11:10 (UTC +04:00)
Maliyyə
Gömrük xətti ilə büdcə daxilolmaları 5%-ə yaxın azalıb
15:43
23 aprel 2024
Bu ilin I rübündə Prezidentin Ehtiyat Fonduna ayrılan vəsaitin həcmi açıqlanıb
15:24
23 aprel 2024
Dövlət büdcəsinin gəlirləri proqnozdan 700 mln. manata yaxın çox olub
15:14
23 aprel 2024
Büdcənin qeyri neft-qaz sektoru üzrə gəlirləri proqnozdan yarım mlrd. manat çox olub
15:08
23 aprel 2024