Ölkədə kreditlərin dollarlaşması 2014-cü ilin noyabrından bəri ən aşağı səviyyəyə enib

Ölkədə kreditlərin dollarlaşması 2014-cü ilin noyabrından bəri ən aşağı səviyyəyə enib
# 25 avqust 2021 12:02 (UTC +04:00)

İyul ayında Azərbaycanda kredit təşkilatlarında (banklar, BOKT, kredit ittifaqları) əhalinin kreditləri 0,7% artaraq avqustun 1-nə 15,368 mlrd. manat təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, kreditlərin 26,8%-i i xarici valyutadadır və beləliklə kreditlərin dollarlaşması 2014-cü ilin noyabr ayından bəri ən aşağı səviyyəyə enib.

Qeyd edək ki, bundan əvvəl, bu il ərzində dollarlaşma 2015-ci ilin ilk aylarında qeydə alınan səviyyələrdən aşağı enmirdi. Aylıq müqayisədə kreditlərin dollarlaşması 0,1% faiz bəndi, illik müqayisədə isə 5,2 faiz bəndi azalıb.

Xatırladaq ki, avqustun 1-nə kreditlərin 6,1%-i və ya 937,5 mln. manatı problemlidir və 24%-i xarici valyutadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR