Ötən il dövlət büdcəsində bələdiyyələr üçün nəzərdə tutulmuş subvensiyanın 36,7 faizi istifadə edilməyib

Ötən il dövlət büdcəsində bələdiyyələr üçün nəzərdə tutulmuş subvensiyanın 36,7 faizi istifadə edilməyib
# 24 may 2021 11:14 (UTC +04:00)

Keçən il dövlət büdcəsində bələdiyyələr üçün nəzərdə tutulmuş subvensiyanın 36,7 faizi istifadə edilməyib.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2020-ci il dövlət büdcəsində bələdiyyələr üçün 1 milyon 200 min manat subvensiya proqnozlaşdırılsa da, bu vəsaitin yalnız 760 min manatı sərf olunub.

Büdcədə bələdiyyələr üçün nəzərdə tutulan 5 milyon manat dotasiyanın isə 4 milyon 948,7 min manatı xərclənib. Başqa sözlə, 51,3 min manat, yəni proqnozlaşdırılan vəsaitin 1 faizi sərf olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR