Ovçuluq və balıqovlama biletinin verilməsinə görə rüsum tutulacaq

Ovçuluq və balıqovlama biletinin verilməsinə görə rüsum tutulacaq
# 01 noyabr 2021 11:00 (UTC +04:00)

Balıqovlama bileti və ovçuluq biletinin verilməsinə görə dövlət rüsumları müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.55-2 və 18.55-1-ci maddələrə əsasən, balıqovlama biletinin və ovçuluq biletinin verilməsinə görə 25 manat dövlət rüsumu tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR