Palata sədri: “Vergi və gömrük inzibatçılığı sahəsində addımların təkmilləşdirilməsi lazımdır” - VİDEO

Vüqar Gülməmmədov

© APA | Vüqar Gülməmmədov

# 27 may 2021 12:53 (UTC +04:00)

“2020-ci dövlət büdcəsi tamam fərqli büdcədir. Həm pandemiya, həm də neft bazarlarında olan vəziyyət 2020-ci il dövlət büdcəsini əvvəlki illərin büdcələri ilə müqayisəsini mümkünsüz edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyini təqdim edən Palatanın sədri Vüqar Gülməmmədov deyib.

V. Gülməmmədov bildirib ki, bu vəziyyət valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmayıb: “Bu da indiki vəziyyətdə çox vacibdir. 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası büdcə təsnifatının beynəlxalq Valyuta təsnifatı əsasında təkmilləşdirilməsini vacib hesab edir. 2020-ci ilin unudulmaz il olduğu danılmazdır. Qarşıda bizi daha şərəfli tarix gözləyir. Vergi və gömrük inzibatçılığı sahəsində müşahidə edilən addımların daha təkmilləşdirilməsi yaxşı olardı. Maliyyə inzibatçılığının da tətbiq edilməsini vacib sayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR