Pandemiyanın məhdud zərəri "MDB+" regionunun bankları üzrə neytral proqnozu dəstəkləyir - Fitch

Pandemiyanın məhdud zərəri "MDB+" regionunun bankları üzrə neytral proqnozu dəstəkləyir - Fitch
# 06 dekabr 2021 09:51 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin 2022-ci il üçün "MDB+" regionunun bank sektorları üzrə proqnozu neytraldır.

"APA-Economics"in "Fitch"in dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyasının təzyiqinin azalması, güclü iqtisadi artım və bankların məqbul kapital ehtiyatları nəticəsində region ölkələrində (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna və Özbəkistan) kredit təşkilatları üçün əməliyyat şəraiti əlverişli olaraq qalacaq, kreditləşmə artımı davam edəcək. Agentlik 2022-ci ildə bankların aktivlərinin keyfiyyəti, gəlirliliyi və maliyyə dayanıqlığı baxımından ümumən sabit meyllər gözləyir.

"Fitch" hazırda 2022-ci ildə Rusiyada real ÜDM-in 2,7%, Belarus (0,3%) istisna olmaqla, digər bazarlarda isə 2,9%-dən 5,8%-dək böyüyəcəyini proqnozlaşdırır.

Agentliyin analitikləri hesab edirlər ki, regionun bank sektorları ötən ilki çətinliklərdən kifayət qədər xilas olub və bunu güclü maliyyə dayanıqlığı, kreditləşmənin bərpası və gəlirliliyin pandemiyadan əvvəlki səviyyələrə yüksəlməsi sübut edir. Tənəzzülün aktivlərin keyfiyyətinə təsiri ümumi sabit makroiqtisadi mühitə görə gözləniləndən daha az ağır olub.

"Bank ehtiyatlarından əvvəl gəlirlilik və əhəmiyyətli kapital yastığı yaranmış orta səviyyədə olan ehtiyat xərclərini ödəyib. 2021-ci ildə "Fitch" regionda bankların reytinqləri ilə bağlı "Mənfi" proqnozlarının əksəriyyətini "Stabil"ə dəyişib. Qalan bir neçə "Mənfi" proqnozlar Belarusda (suveren reytinq üzrə "Mənfi" proqnoza görə) və Ermənistanda (2020-ci ildəki enişlə bağlı qalıq kredit risklərinə görə) cəmləşib", - hesabatda deyilir.

"Fitch" regiondakı doqquz bankın reytinqləri üzrə "Müsbət" proqnozları nəzərə alaraq, 2022-ci digər seçmə banklarda da müsbət bir sıra müsbət reytinq dəyişiklikləri gözləyir. Agentlik qeyd edir ki, hazırda "Müsbət" proqnozlu bankların çox Ukrayna banklarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR