Parlamentdə 2022-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib - YENİLƏNİB

Milli Məclis

© APA | Milli Məclis

# 16 noyabr 2021 17:00 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsi müzakirə edilib.

APA-nın məlumatına görə, iclasın gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir.

***

saat 11.08

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (birinci oxunuş) qanun layihəsi müzakirə edilir.

APA-nın məlumatına görə, layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 26 816 000,0 min manat, xərclərinin 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlərinin 25 874 497,0 min manat, yerli gəlirlərinin 941 503,0 min manat, mərkəzləşdirilmiş xərclərinin 28 900 041,0 min manat, yerli xərclərinin 978 959,0 min manat) məbləğində təsdiq edilməsi təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR